Monqolustanda bubon taununa yoluxma ehtimalı qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə TASS-a Monqolustanın Zoonoz İnfeksiyaların Tədqiqi Milli Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Enkhbayaryn Dulmaa məlumat verib.
Çinlə sərhəddəki yoluxmadan sonra 6 gün ərzində bölgədə yüksək xəbərdarlıq rejimi tətbiq edilib.
Xəstənin vəziyyəti kritik qiymətləndirilir. Onun yerləşdiyi rayon xəstəxanasında infeksiyaya nəzarət rejimi tətbiq olunub.