Modern.az

44 günlük müharibədən bir halda qaçmaq olardı - Paşinyan açıqladı

44 günlük müharibədən bir halda qaçmaq olardı - Paşinyan açıqladı

Dünya

27 İyun 2023, 10:56

"44 günlük müharibədən qaçmaq olardı, lakin bunun bədəli Qarabağ məsələsi ilə bağlı ermənilərin baxışını rədd etmək olardı".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında deyib.

 

Paşinyanın sözlərinə görə, danışıqlar prosesində çoxlu mübahisəli və dəqiqləşdirilməmiş məsələlər olub: "Məsələn, Laçın dəhlizi, sülh müqaviləsi çərçivəsində delimitasiya və demarkasiya ilə bağlı".

 

Baş nazir 2019-cu il danışıqlarını "müharibə konveyeri" adlandırıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI