Modern.az

Obamanın vəzifə verdiyi milyarder faciəvi şəkildə öldü - Ad günündə

Obamanın vəzifə verdiyi milyarder faciəvi şəkildə öldü - Ad günündə

Dünya

27 İyun 2023, 11:10

Amerikalı milyarder Ceyms Kraun faciəvi şəkildə ölüb. 70 yaşlı iş adamı Koloradoda keçirilən yarış zamanı baş verən qəzada dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, məşhur milyarderin doğum günündə öldüyü bildirilir.

 

"JPMorgan Chase" şirkətinin rəhbəri Ceymi Dimon məlumatı təsdiqləyib: “Biz bu inanılmaz çətin dövrdə mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. O, "JPMorgan Chase"in və həyatımızın ayrılmaz bir hissəsi idi. Onun üçün darıxacağıq”.

 

Qeyd edək ki, Ceyms Kraun ailə biznesi olan "Henry Crown and Company" şirkətinə rəhbərlik edib. O, "JPMorgan Chase"nin idarə heyəti ilə yanaşı, "General Dynamics"də də rəhbər vəzifədə təmsil olunub. 

 

Milyarder 1990-cı illərin əvvəlindən "JPMorgan"da rəhbər vəzifələrdə çalışıb. O, Çikaqoda yaşasa da, tez-tez Koloradoya gedirmiş.

 

Onu da bildirək ki, 2014-cü ildə prezident Barak Obama Kraunu Prezidentin Kəşfiyyat Məsləhət Şurasına təyin etmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü