Modern.az

Paşinyan Ermənistanın xarici siyasəti və ordudan DANIŞDI

Paşinyan Ermənistanın xarici siyasəti və ordudan DANIŞDI

Dünya

27 İyun 2023, 11:04

"Ermənistanda xarici siyasət vektorunun dəyişməsi 44 günlük müharibədən əvvəl müzakirə olunmayıb".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında deyib.

 

"Bu, ilk növbədə Qarabağ kontekstində dəhşətli nəticələrə gətirib çıxara bilərdi", - o qeyd edib.

 

Ermənistan baş naziri əlavə edib ki, 2020-ci ilin avqustuna qədər ordunun tapşırıqları yerinə yetirməyə hazır olduğuna əmin olublar: "Baxmayaraq ki, bunun çox çətin olacağını bilirdik".

 

"Hökumət “hər şey ordu üçün” siyasətini rəhbər tutdu. Silah, texnika və sursat alınıb, müqaviləli əsgərlərin maaşları artırılıb. Nazirlər Kabineti maliyyə çatışmazlığı səbəbindən Silahlı Qüvvələrə heç nədən imtina etməyib", - Paşinyan söyləyib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI