Modern.az

Afrikada yüksək patogenli quş qripi aşkarlandı

Afrikada yüksək patogenli quş qripi aşkarlandı

Dünya

27 İyun 2023, 13:00

Cənubi Afrikanın şərqində yüksək patogenli quş qripinin yayılması ilə bağlı iki hal aşkarlanıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Citizen Digital” portalı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına istinadən məlumat yayıb.

 

Bildirilir ki, Mpumalanqa əyalətində yeni H7 ştamından 9,5 min ev quşu tələf olub. Əvvəlki H5N1 ştammı 2021-ci ildə dünyada yüz milyonlarla quşun ölümünə səbəb olmuşdu. O zaman Cənubi Afrika ilə yanaşı, yüksək patogenli quş qripinin epidemiyaları Vyetnam, İsveç və Fransada da qeydə alınmışdı.

 

Virus toyuqları, ördəkləri və qazları yoluxdurur, lakin vəhşi təbiətdə də quş qripinə yoluxma halları qeydə alınır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü