Rusiya Dövlət Duması bazarlar və aqreqatlar üçün antiinhisar məhdudiyyətlərini tətbiq edən qanun qəbul edib.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, artıq qanun qüvvəyə minib.
Rusiyanın baş naziri Mixail Mişustin daha əvvəl izah etmişdi ki, tətbiq edilən dəyişikliklər böyük bazarların anti-rəqabət hərəkətlərini və kartel razılaşmalarını aşkar etməyə imkan verəcək.