Modern.az

Tezliklə hamını sevindirəcək nəticələr olacaq - Ukrayna rəsmisi

Tezliklə hamını sevindirəcək nəticələr olacaq - Ukrayna rəsmisi

Dünya

27 İyun 2023, 15:56

Ukraynanın “Cənub” əməliyyat komandanlığı bir sıra yeni məlumatlar açıqlayıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, Kaxovka SES-də törədilən terror aktı Ukrayna ordusunun əks-hücumunu dayandıra bilməyib.

 

Bu barədə “Cənub” əməliyyat komandanlığının birgə mətbuat mərkəzinin rəhbəri Nataliya Qumenyuk məlumat verib.

 

“Biz döyüş işlərini davam etdiririk - bu effektivdir və əvvəlcədən razılaşdırılmış plana uyğun gedir. Tezliklə hamını sevindirəcək nəticələr olacaq”, - deyə spiker əmin edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu