Türkiyənin Elazığ vilayətində yenidən zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Sivrice rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 4.1 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.