Modern.az

\"Vaqner\"in qiyam zamanı məhv etdiyi təyyarələrdən biri - \"İl-22\"

\

28 İyun 2023, 22:50

Rusiyanın İvanovo vilayətinin qubernatoru Stanislav Voskresenski "Vaqner" muzdlularının qiyamı zamanı bölgədə "İl-22" təyyarəsinin vurulduğunu təsdiqləyib.

 

Modern.az xəbər verir ki, o, təyyarənin ekipajının öldüyünü açıqlayıb.

 

“Hərbi xidmət zamanı onların hər biri əsl zabit keyfiyyətlərini nümayiş etdirdi: igidlik, mərdlik və fədakarlıq, anda sədaqət, hərbi borcunu şərəflə yerinə yetirdi”, - Voskresenski bildirib.

 

Təyyarədə neçə nəfərin olduğu hələlik məlum deyil.

 

"Telegram" kanallarında təyyarədə 8-10 nəfər adam olduğu barədə məlumatlar yayılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!