Meksikada davam edən şiddətli quraqlığa görə göllərdə və su anbarlarında suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.
Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, suyun azalması nəticəsində XVI əsrə aid katolik kilsəsi tam üzə çıxıb.
1500-cü illərin ortalarında Bartolome de las Kasasın başçılıq etdiyi Dominikan rahibləri tərəfindən tikilən kilsə 1966-cı ildə Qrijalva çayı üzərində qurulan su anbarında yerləşir.
Hazırda su anbarının cəmi 29 faiz tutumu var. Suyun səviyyəsi aşağı düşəndə kilsəsinin xarabalıqları qismən görünürdü və turistlər kilsəni ziyarət etmək üçün qayıqla hərəkət edirdilər. İndi turistlər kilsəyə piyada və ya maşınla gələ bilirlər.