Modern.az

Fransada etirazlar səngimir - Komendant saatı elan edildi

Fransada etirazlar səngimir - Komendant saatı elan edildi

Dünya

29 İyun 2023, 23:10

Fransada 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayan etirazlar daha da şiddətlənib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, baş verən hadisələrlə əlaqədar Klamart şəhərində iyulun 3-dək komendant saatı tətbiq edilib.

 

Etirazlarda polis əleyhinə şüarlar səsləndirilib, nümayişin marşrutu üzrə hərəkət edən maşınlar yandırılıb.

 

Bəzi nümayişçilər Fransa bayrağını yandırmağa cəhd edib, polisə daş atıblar. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

 

Fransa Milli Jandarmına məxsus helikopter Nanter şəhərinə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü