Dünya Bankının Direktorlar Şurası Yaponiya hökumətinin zəmanəti ilə Ukraynaya 1,5 milyard dollar kreditin ayrılmasını təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə Bankın mətbuat xidməti məlumat yayıb.
Vəsait Rusiyanın başlatdığı müharibə fonunda dövlət tərəfindən aparılan islahatlara dəstək üçün istifadə olunacaq .
Bank qeyd edir ki, ayrılan məbləğ üç məqsədə nail olmağa kömək edəcək:
- Ev təsərrüfatlarına yardım göstərməklə yoxsul vətəndaşların və köçkünlərin ehtiyaclarının ödənilməsinə kömək etmək;
- Dövlət resurslarının istifadəsində şəffaflığın və hesabatlılığın artırılması istiqamətində islahatları dəstəkləmək;
- Bazarların müharibə zamanı və sonrasında daha yaxşı işləməsinə kömək edir.
Məlumata görə, bu günə qədər Dünya Bankı Ukrayna üçün 37,5 milyard dollardan çox vəsait səfərbər edib və bunun 23 milyard dollara yaxını artıq istifadə edilib.
Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, 2022-ci il fevralın 24-dən etibarən müttəfiqlər Ukraynaya yardım üçün təxminən 170 milyard avro vəsait ayırıblar.