Modern.az

Fransada bir gecədə 3800-dən çox YANĞIN

Fransada bir gecədə 3800-dən çox YANĞIN

Dünya

30 İyun 2023, 16:35

Ötən gecə Fransada iğtişaşlar zamanı 3800-dən çox yanğın baş verib.

 

Modern.az Fransa KİV-ə istinadən xəbər verir ki, törədilən yağınlarda bütövlükdə 1919 avtomobilə və 492 binaya ziyan dəyib.

 

Qeyd edək ki, 17 yaşlı əlcəzairəsilli sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarla əlaqədar Fransada fövqəladə vəziyyət elan edilə bilər. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü