Modern.az

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ukraynaya səfər edib

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ukraynaya səfər edib

Dünya

1 İyul 2023, 14:20

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns iyunun əvvəlində gizli şəkildə Ukraynaya səfər edib. 

 

Modern.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

 

Bildirilir ki, ona əks-hücum əməliyyatı barədə məlumat verilib.

 

Nəşrin mənbələrinə görə, Börnsün səfəri məxfi olub. Səfər zamanı o, prezident Volodimir Zelenski və Ukrayna kəşfiyyatının yüksək rəhbərliyi ilə görüşüb.

 

Nəşr qeyd edir ki, səfərin məqsədi ABŞ-ın Rusiyaya qarşı mübarizədə Ukraynaya kömək edəcək kəşfiyyat məlumatlarının mübadiləsinə sadiqliyini təsdiqləmək olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi