Xəbər verdiyimiz kimi, İspaniya Baş naziri Pedro Sançez Kiyevdə səfərdədir.
Modern.az xəbər verir ki, Sançez Ukrayna parlamentində çıxış edib.
O bildirib ki, İspaniya kiçik və orta müəssisələrin maliyyələşdirilməsi, məktəblərin ekoloji cəhətdən təmiz enerji sistemləri ilə təmin edilməsi üçün Ukraynaya 55 milyon avro ayıracaq.
Sançez daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Görüşdə Zelenski belə çətin zamanda bu cür səfərlərin vacibliyinə toxunub: "Biz sizə dostlarımız kimi güvənirik".
İspaniya Baş naziri bildirib ki, onun ölkəsi bu gündən etibarən Avropa İttifaqı Şurasına sədrlik edir və sədrliyə başladığı ilk gün o, Kiyevə səfər edərək vacib bir siqnal gödərmiş olur.