Fransa Prezidenti Emmanuel Makron 2-4 iyul tarixlərində Almaniyaya planlaşdırılan səfərini təxirə salıb.
Modern.az xəbər verir ki, buna səbəb polis tərəfindən 17 yaşlı gəncin öldürülməsindən sonra Fransada başlayan iğtişaşlar olub.
Fransada etirazlar iyunun 27-də başlayıb. Buna səbəb 17 yaşlı Nahel adlı gəncin polis tərəfindən qətlə yetirilməsi olub. Cümə gecəsi baş verən toqquşma zamanı 249 polis və jandarm yaralanıb.
“Təhlükəli ərazilərdə” əyləncə tədbirləri ləğv edilib, gecə saatlarında ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bəzi kommunalarda komendant saatı tətbiq edilib.