Modern.az

Kral üzr istədi 

Kral üzr istədi 

Dünya

1 İyul 2023, 21:17

Niderland Kralı Villem-Aleksandr ölkənin keçmişdə köləlik və qul ticarətində rolu olduğuna görə rəsmi üzr istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə Niderland Yayım Korporasiyası məlumat yayıb.

 

"Bu gün sizin kralınız və hökumətin üzvü kimi şəxsən üzr istəyirəm ki, kral sarayı bunun qarşısını almaq üçün heç bir iş görmədilər", - o deyib 

 

Onun fikrincə, köləlik və qul alveri “insanlığa qarşı cinayətdir. Kral vurğulayıb ki, “insanları heyvana çevirən qanunların arxasında gizlənmək yolverilməzdir”.

 

2022-ci ilin dekabrında ölkənin hazırkı baş naziri Mark Rutte də Niderlandın köləlikdəki roluna görə üzrə istəyib.

 

Qeyd edək ki, Niderland koloniyalarında quldarlıq və qul ticarəti 1 iyul 1863-cü ildə ləğv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?