Amerikalı milyarder Corc Sorosun “Açıq Cəmiyyət” fondları şəbəkəsi bütün dünya üzrə işçilərinin ən azı 40%-ni ixtisar edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
İxtisarlar Sorosun biznesinin oğluna keçməsi fonunda baş verəcək.
92 yaşlı Corc Soros iyunun əvvəlində investisiya biznesini 37 yaşlı oğluna təhvil verdiyini açıqlayıb. Bunun ardınca fondun idarə heyəti əməliyyat modelində əhəmiyyətli dəyişikliklər edib.
Qeyd edək ki, 2021-ci ilin sonunda fondda 500-dən çox işçi çalışıb.