Modern.az

Avropa fondları bu il 27 milyard dollar İTİRİB

Avropa fondları bu il 27 milyard dollar İTİRİB

Dünya

2 İyul 2023, 09:11

Avropa fondları bu il təxminən 27 milyard dollar itirib.

 

Modern.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, buna səbəb investorların planlarını ABŞ fondlarının xeyrinə yenidən nəzərdən keçirmələridir.

 

Bildirilib ki, sabit investisiya axını ardıcıl 16-cı həftə ərzində müşahidə edilib. Belə ki, Avropa iyun ayında investisiya axını ilə qarşılaşan yeganə bölgə olub. Təkcə son yeddi gündə Avropa fondlarından 4,6 milyard dollar vəsait çıxarılıb.

 

Qeyd edək ki, iqtisadçılar bunu investorların ABŞ fondlarına üstünlük verməsi ilə izah edirlər. Səbəb isə qlobal iqtisadi artımın azalması qorxusu fonunda ABŞ iqtisadiyyatının onlara daha güclü görünməsidir.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?