Fransada iğtişaşlarla əlaqədar səhər saatlarında yüzlərlə etirazçı saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen sosial şəbəkə hesabında yazıb.
Nazir bütün ölkə üzrə 400-dən çox adamın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını açıqlayıb.
“Axşam saatlarından indiyədək 427 nəfəri həbs edən polisin qətiyyətli tədbirləri sayəsində gecə daha sakit keçdi”, - nazirin paylaşımında bildirilir.
Qeyd edək ki, ötən gecə 45 mindən çox fransız polisi və jandarmı vəzifəsini yerinə yetirib.