Modern.az

Avropanın “Stinger” raket sistemləri tükənib - İDDİA

Avropanın “Stinger” raket sistemləri tükənib - İDDİA

Dünya

2 İyul 2023, 13:41

Hərbi ekspert Allan Orr Qərbdə praktiki olaraq “Stinger” daşınan zenit raket sistemlərinin tükəndiyini iddia edib.

 

Modern.az xəbər verir ki, ekspert bu barədə “Newsweek” nəşrinə bildirib.

 

“Stinger bitmək üzrədir, Rusiya bunu indi bilir”, - deyə Orr bildirib.

 

Ekspert deyib ki, bu, Ukraynanın əks-hücumunu çətinləşdirir, çünki hava müdafiəsi olmayan Ukrayna qoşunları Rusiya minalarından və artilleriyasından keçə bilmir: “Bu silah olmadan Ukrayna hərbçiləri Rusiyanın hücum helikopterləri üçün asan hədəfə çevrilirlər”.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?