Modern.az

ABŞ-də atışma: Ölən və yaralılar var

ABŞ-də atışma: Ölən və yaralılar var

2 İyul 2023, 14:38

ABŞ-nin Çikaqo şəhərində baş verən atışmada 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, avtomobildəki şəxslər yolun kənarında dayanan dörd nəfərə atəş açıblar.

 

Polisin məlumatına görə, güllə yarası alan 23 yaşlı gənc ağır vəziyyətdə Çikaqo Universitetinin Tibb Mərkəzinə aparılıb.

 

Həkimlərin müdaxiləsinə baxmayaraq, gənc xəstəxanada keçinib. Digər üç nəfərin vəziyyəti yaxşıdır.

 

Qeyd edək ki, polis faktla bağlı araşdırma aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya AĞIR ZƏRBƏ - Ukrayna barıt zavodunu darmadağın etdi