Modern.az

İsrail daha 25 ədəd F-35 qırıcısı alır

İsrail daha 25 ədəd F-35 qırıcısı alır

2 İyul 2023, 20:25

İsrail ABŞ-dan F-35 döyüş təyyarələri almağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, tərəflər arasında 25 ədəd F-35 döyüş təyyarəsinin alınması üçün müqavilə imzalanıb.

 

Müqavilənin dəyəri 3 milyard dollardır. Saziş İsrailin ABŞ-dan aldığı müdafiə yardımı paketi ilə maliyyələşdiriləcək.

 

Yeni təyyarələrin alınması ilə İsrail Hərbi Hava Qüvvələrinin inventarında olan F-35-lərin sayı 75-ə çatacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!