Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Hannibal Qəddafi xəstəxanaya yerləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə "Al Hadeth" nəşri yazıb.
Bildirilir ki, hazırda məhbus həyatı yaşayan Qəddafi Livan həbsxanasından xəstəxanaya aparılıb.
O, keçən ay həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Nəşr qeyd edib ki, onun qanında şəkərin səviyyəsi kəskin aşağı düşüb.
Qəddafi 1978-ci ildə Liviyaya səfər edərkən yoxa çıxan livanlı din xadimi İmam Musa əs-Sədrlə bağlı məlumatları gizlətməkdə ittiham olunur.