Modern.az

Roma Papasından Quranın yandırılmasına ETİRAZ

Roma Papasından Quranın yandırılmasına ETİRAZ

3 İyul 2023, 08:40

Roma Papası Fransisk Stokholmda Quranın yandırılmasından hiddətləndiyini və belə hərəkətlərə nifrət etdiyini bildirib.


Modern.az xəbər verir ki, Roma Papası bu barədə “Al Ittihad” qəzetinə müsahibəsində danışıb.

 

“Mən hiddətlənirəm, mən bu cür hərəkətlərə nifrət edirəm. Xalqın müqəddəs hesab etdiyi istənilən kitaba dindarlara hörmət baxımından ehtiramla yanaşmaq lazımdır. Söz azadlığından heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə olunmamalıdır”, - o deyib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!