Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsla görüşəcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreit bildirib.
Görüş iyulun 3-də Makronun Almaniyaya dövlət səfəri çərçivəsində Berlində baş tutacaq.
Qeyd edək ki, Fransa prezidentinin ölkədə iğtişaşlar fonunda Almaniyaya getməsi birmənalı qarşılanmayıb.