Modern.az

Putin Lukaşenkoya teleqram vurdu - TƏBRİK

Putin Lukaşenkoya teleqram vurdu - TƏBRİK

Dünya

3 İyul 2023, 10:18

Rusiya prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkonu ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

“Bu bayram təkcə belaruslar üçün deyil, həm də ruslar üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki bu, bizim ümumi tariximizdə əlamətdar hadisə - Minskin nasist işğalçılarından azad edilməsi ilə bağlıdır. Ağır müharibə illərində möhkəmlənmiş qardaşlıq, dostluq və qarşılıqlı yardım telləri müttəfiq Rusiya-Belarus münasibətləri üçün etibarlı bünövrə olaraq qalır”, - Putinin təbrik teleqramında deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu