Modern.az

Bayden maliyyə nazirini Çinə göndərir

Bayden maliyyə nazirini Çinə göndərir

3 İyul 2023, 10:28

ABŞ-ın maliyyə naziri Janet Yellen Çinin yüksəkvəzifəli məmurları ilə görüşmək üçün iyulun 6-dan 9-dək Pekində səfərdə olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, nazir Janet Yellenin səfəri ötən ilin noyabrında Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşmüş ABŞ Prezidenti Co Baydenin tapşırığı əsasında baş tutacaq.

 

Yellen Pekində yerli məmurlarla dünyanın ən böyük iqtisadiyyatına malik ABŞ və Çin üçün vacib olan münasibətlərə məsuliyyətlə yanaşmaq, narahatlıq doğuran sahələrdə birbaşa ünsiyyət qurmaq və qlobal problemlərin həlli üçün birgə çalışmaq məsələlərini müzakirə edəcək.

 

Xatırladaq ki, iyunun 18-19-da ABŞ dövlət katibi Antoni Blinken Çində səfərdə olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!