Modern.az

Yakutiyada fövqəladə vəziyyət elan olundu

Yakutiyada fövqəladə vəziyyət elan olundu

Dünya

3 İyul 2023, 10:38

Rusiya Federasiyasının Yakutiya Respublikasının yerli hakimiyyəti bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yakutiya hökumətindən məlumat verilib.

 

Bildirilib ki, qərar meşə yanğınları ilə əlaqədar qüvvəyə minib.

 

"Yakutiyada anomal isti hava və tufan aktivliyi meşə yanğınlarının artmasına səbəb olub. Fövqəladə vəziyyət yanğınların söndürülməsi üzrə tədbirlərin gücləndirilməsinə, o cümlədən federal mərkəzin cəlb edilməsi ilə qüvvə və vasitələrin artırılmasına imkan verəcək", - deyə qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu