Modern.az

Hər 4 Ukrayna vətəndaşından biri evini tərk edib

Hər 4 Ukrayna vətəndaşından biri evini tərk edib

3 İyul 2023, 10:50

Ukrayna vətəndaşlarının dörddə biri Rusiyanın işğalı səbəbindən evlərini tərk edib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında qeyd olunub.

 

BMT-nin hesablamalarına görə, 6.3 milyon ukraynalı xaricdə qaçqın, 5 milyondan çoxu isə məcburi köçkün olaraq qalır. Hesablamalarda müharibədən əvvəlki 44 milyon nəfərlik əhali sayı nəzərə alınır.

 

Ötən il ərzində döyüş bölgələrindən - Donetsk, Xarkov və Xerson vilayətlərindən 139 min insan təxliyə edilib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi