Modern.az

Krımın "rəhbəri" sui-qəsddən xilas edildi

Krımın

Dünya

3 İyul 2023, 11:06

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ilhaq olunmuş Krımın "rəhbəri" Sergey Aksyonova qarşı sui-qəsdin qarşısını alıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

 

Xidmət sui-qəsdin arxasında "Ukrayna xüsusi xidmət orqanlarının dayandığını" iddia edib.

 

"Aksyonova sui-qəsd UTX tərəfindən işə götürülən və Ukraynada təlim keçmiş rusiyalı tərəfindən cəhd edilib. Məlumata görə, o, Aksyonovun avtomobilini partlatmağı planlaşdırıb. Şəxs anbardan bombanın götürülməsi zamanı saxlanılıb", - deyə qeyd olunub.

 

Xatırladaq ki, Ukraynanın Krım regionu 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub və Moskvaya tabe olan "rəhbər" təyin edilib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu