Modern.az

Yaponiyada PARTLAYIŞ - Yaralılar var

Yaponiyada PARTLAYIŞ - Yaralılar var

Dünya

3 İyul 2023, 11:44

Yaponiyanın paytaxtı Tokionun mərkəzi hissəsindəki binalardan birində partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

 

Hadisə Minato şəhərinin mərkəzi ərazisində, Şimbaşi qatar stansiyası yaxınlığında qeydə alınıb. Hazırda ərazidə yanğın başlayıb, ən azı 5 yanğınsöndürmə briqadası hadisə yerində işləyir. Şahidlərin sözlərinə görə, partlayışdan əvvəl binadan qaz iyi gəlirmiş.

 

Xilasedicilər bildiriblər ki, hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb. Yerli sakinlərdən hadisə yerinə yaxınlaşmamaları xahiş olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu