Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Çerkass vilayətində dəmiryolunu dağıtmağa hazırlaşan şəxsi saxlayıb.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə UTX məlumat yayıb.
Məlumata görə, o, trotillə dəmir yolu boyunca avadanlıq hərəkət etdirərkən partlayış törətməyi planlaşdırıb. Şəxs, həmçinin hərbi texnikanın hərəkət marşrutları və hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi yer haqqında məlumat toplayıb. Məlumatların ötürülməsi üçün o, bir neçə bank kartı ilə 100-200 dollar alıb. Onu kuratorlara məlumat çatdırmaq cəhdi zamanı tutublar.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.