Modern.az

Hatayda daha bir ZƏLZƏLƏ

Hatayda daha bir ZƏLZƏLƏ

Dünya

3 İyul 2023, 12:28

Türkiyənin Hatay vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Samandağ rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 23.5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Silkələnmə Aralıq dənizində də hiss olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu