Modern.az

Krım azad olunana qədər müharibə davam edəcək - Zelenski

Krım azad olunana qədər müharibə davam edəcək - Zelenski

Dünya

3 İyul 2023, 15:40

Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik. Nə qədər ki, Krım Rusiya tərəfindən işğal olunub, bu, müharibənin hələ bitmədiyi deməkdir.


Modern.az xəbər verir ki, bunu “CNN”ə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

 

O, müsahibə zamanı Krım qaytarılmadan Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasının mümkünlüyündən söz açıb. 

 

“Belə olan halda bu, qələbə olmayacaq”, - deyə Zelenski vurğulayıb. O, qeyd edib ki, Ukrayna Krımsız təsəvvür oluna bilməz. Prezident dolayı yolla diqqətə çatdırıb ki, Krım işğaldan azad olunana qədər müharibə davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan 24 saatlıq əməliyyat: 880 rus əsgəri məhv edildi