Modern.az

Paşinyan Baydenə məktubunda Qarabağdan YAZDI

Paşinyan Baydenə məktubunda Qarabağdan YAZDI

Dünya

4 İyul 2023, 11:18

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Co Baydeni Müstəqillik Günü münasibətilə təbrik edib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, "ərazi bütövlüyü və suverenliyi" dəstəklədiyinə görə ABŞ-a təşəkkürünü bildirib.

 

Ermənistanın baş naziri, həmçinin Vaşinqtonun Cənubi Qafqazda sülhün bərqərar olması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Qarabağ məsələsi istiqamətində səylərini yüksək qiymətləndirib.

 

"İrəvan regionda uzunmüddətli sülh yolu ilə inkişaf maraqları naminə Ermənistanın ərazi bütövlüyünün toxunulmazlığını nəzərə alaraq sülh gündəliyinə sadiq qalmaqda davam edir", - təbrikdə deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu