Modern.az

Priqojinin 10 milyardı özünə qaytarıldı

Priqojinin 10 milyardı özünə qaytarıldı

4 İyul 2023, 14:12

"Vaqner" muzdlu dəstələrinin rəhbəri Yevgeni Priqojinin müsadirə olunan 10 milyard rubl vəsaiti geri qaytarılıb.


Modern.az xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb.


İddiaya görə, iyulun 2-si axşam saatlarında Priqojinə 10 milyard rubl, yüz minlərlə dollar və beş külçə qızıl qaytarılıb.

 

Nəşr bildirir ki, Priqojin köçürmə prosedurunda iştirak etməyib. O həmin vaxt Moskvada  olub. "Vaqner" rəhbərinin pulu götürmək üçün sürücüsünü göndərdiyi deyilir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi