Modern.az

Belarus ŞƏT-ə daxil ola bilər

Belarus ŞƏT-ə daxil ola bilər

Dünya

4 İyul 2023, 14:04

Belarus tezliklə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ola bilər.

 

Modern.az Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko deyib.

 

Onun sözlərinə görə, Belarusun yaxın vaxtlarda ŞƏT-ə qoşulması barədə artıq əminlik var. Lukaşenko rəsmi Minskin digər beynəlxalq qruplara, o cümlədən BRICS-ə inteqrasiyasının da vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, Belarus prezidenti bu gün virtual formatda keçirilən ŞƏT sammitinə qatılıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu