Modern.az

Ukraynanı vuran İran PUA-larındakı Qərb izləri

Ukraynanı vuran İran PUA-larındakı Qərb izləri

4 İyul 2023, 15:08

Rusiya ordusunun Ukraynaya zərbələr endirmək üçün istifadə etdiyi İran istehsalı olan "Şahed-136" pilotsuz təyyarələrinin tərkibində Qərb şirkətlərinin istehsal etdiyi komponentlər var. 


Modern.az xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq (IPHR), Müstəqil Antikorrupsiya Komissiyası (ICAC), “Truth Hounds” və “Global Diligence LLP” tərəfindən hazırlanan hesabatda qeyd olunub.

 

Bildirilib ki, 2022-ci ilin sentyabrından bəri “Shahed-136”dan istifadə edilməklə 25 hücum təhlil edilib.


Tədqiqatın müəllifləri müəyyən ediblər ki, “Shahed-136” pilotsuz təyyarələrində mikroprosessorlar və yarımkeçiricilərdən tutmuş “Ethernet” ötürücüləri və yaddaş kartlarına qədər Amerika, Yaponiya, Kanada və İsveçrə şirkətləri tərəfindən istehsal olunan müxtəlif komponentlər var.

 
Məlumata görə, İran pilotsuz təyyarələrində ən çox idxal olunan komponentlər ABŞ-dan olan şirkətlər tərəfindən istehsal edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi