Ermənistan baş nazirinin müavini Mher Qriqoryan diplomatik fəaliyyətini başa vurmaqda olan İranın fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohurini qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
"Mher Qriqoryan Ermənistanda missiya yerinə yetirdiyi dövrdə gördüyü böyük işlərə görə səfirə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Həmsöhbətlər Ermənistan-İran ikitərəfli münasibətlərinin aktual məsələlərini müzakirə edərək, Ermənistan və İran arasında münasibətlərin inkişafı üçün mövcud imkanları və perspektivləri vurğulayıblar", - deyə məlumatda qeyd olunub.