Modern.az

Moldovadan Saakaşvili ilə bağlı ÇAĞIRIŞ

Moldovadan Saakaşvili ilə bağlı ÇAĞIRIŞ

4 İyul 2023, 19:38

Moldova Gürcüstanın sabiq lideri Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətdən narahatdır.

 

Modern.az xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu "Twitter" səhifəsində yazıb.

 

O qeyd edib ki, Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən görüntülər narahatedicidir.

 

"Mən Gürcüstan hakimiyyətini onun sağlamlığına diqqət yetirməyə və ona təcili olaraq xaricdə tibbi müalicə imkanı təmin etməyə çağırıram", - prezident vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?