Modern.az

Vaqnerçilərin yerinə məhbuslar göndərilir

“Vaqner”çilərin yerinə məhbuslar göndərilir

5 İyul 2023, 13:34

Rusiya Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” muzdlu qüvvələri geri çəkildikdən sonra döyüş meydanında yaranan boşluqları doldurmaq üçün məhkum və çeçen döyüşçüləri Ukraynaya göndərməyə hazırlaşır.


Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.


“Vaqner”in ölkədən getməsinin Ukraynadakı müharibənin gedişatını dəyişdirəcəyi gözlənilməz olsa da, Putinin tam hərbi səfərbərlikdən qaçmaq əzmi o deməkdir ki, Rusiyanın yaxın həftələrdə cəbhə bölgələrinə daha çox çeçen və məhkum göndərəcəyi ehtimalı var”,- deyə nəşr yazıb.

 

Xatırladaq ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi