Modern.az

Çin liderinin Putinə xəbərdarlıq etməsi uydurmadır - Peskov

Çin liderinin Putinə xəbərdarlıq etməsi uydurmadır - Peskov

Dünya

5 İyul 2023, 13:42

"Çin sədri Si Tsinpinin guya Putini Ukraynada nüvə silahından istifadə etməmək barədə şəxsən xəbərdar etdiyinə dair iddialar uydurmadır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

O, çıxışı zamanı bir sıra məsələlərə aydınlıq gətirib: "Rusiya taxıl müqaviləsi ilə bağlı qərarını vaxtında açıqlayacaq. Rusiya Federasiyasının ixracı ilə bağlı taxıl sövdələşməsinə dair razılaşmaların bir hissəsinin yerinə yetirilməsi üçün hələ vaxt var".

 

"Putin və Mişustin görüşdə kadr qərarlarını müzakirə etməyib. Prezident və Baş nazir hər gün əlaqə saxlayır, daha çox belə təmaslar telefonla olur. İyulun 5-də Putin mədəniyyət naziri ilə görüşəcək. Zaporojye AES ətrafında vəziyyət kifayət qədər gərgindir, təxribat təhlükəsi böyükdür", - Peskov qeyd edib.

Bu xəbər ilə bağlı
Çin lideri Putinə xəbərdarlıq edib? - Nüvə silahından istifadə etmə!
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu