Modern.az

Rusiyaya hərbi yardım edən ölkələr bunlardır

Rusiyaya hərbi yardım edən ölkələr bunlardır

Dünya

5 İyul 2023, 15:10

Rusiya Federasiyasına hərbi dəstək göstərən ölkələr İran, Belarus və Şimali Koreyadır.  


Modern.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksey Qromov bildirib.


Onun sözlərinə görə, postsovet ölkələrinin bəziləri Rusiyaya yardım edir.


"İran, Belarus və Şimali Koreya kimi ölkələr Rusiya Federasiyasına yardımda lider olaraq qalırlar. Bundan əlavə, postsovet məkanının bəzi ölkələri müasir silah və hərbi texnikanın istehsalı üçün yüksək texnologiyalı komponentlərin idxalına töhfə verirlər”,- deyə general vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi