Modern.az

Həsən Ruhaniyə qarşı cinayət işi açıldı

Həsən Ruhaniyə qarşı cinayət işi açıldı

5 İyul 2023, 14:26

İranın keçmiş dövlət başçısı Həsən Ruhaniyə qarşı cinayət işi açılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

 

Bildirilib ki, İran prokurorluğuna sabiq prezident barəsində ümumilikdə 700 min şikayət  göndərilib. Şikayətlərin ən qısa vaxtda araşdırılacağı, onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

 

İran parlamentinin üzvü Nəsrullah Pejmanfər yerli mətbuata açıqlamasında Ruhani barəsində iki hal üzrə cinayət işinin açıldığını bildirib. Belə ki, o, birja problemləri və valyuta bazarına müdaxilədə ittiham edilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?