Modern.az

Tokayev İsveçrə XİN başçısı ilə iqtisadi layihələri müzakirə etdi

Tokayev İsveçrə XİN başçısı ilə iqtisadi layihələri müzakirə etdi

5 İyul 2023, 14:34

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İsveçrənin xarici işlər naziri İqnazio Kassisi qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.

 

Tokayev bildirib ki, İsveçrə Qazaxıstanın Avropadakı əsas siyasi, ticarət və iqtisadi tərəfdaşlarından biridir: "Hazırda İsveçrə ümumi sərmayəsi 32.5 milyard ABŞ dolları ilə ilk 20 ticarət tərəfdaşı və Qazaxıstanın ilk 3 ən böyük investoru sırasındadır".

 

"Biz Qazaxıstan iqtisadiyyatının perspektivli sahələrinə sərmayə qoymağa hazır olan yeni İsveçrə şirkətlərini alqışlayırıq. Hesab edirəm ki, Qazaxıstan hökuməti ilə "Stadler" dəmir yolu konserni arasında imzalanmış saziş çox perspektivlidir, ona görə də biz bunun icrasına nəzarət edəcəyik. Bu, bizim əlaqələrimizə çox yaxşı təkan verəcək”, - deyə Qazaxıstan prezidenti vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu