"NATO-nun Vilnüs sammitində əldə olunan razılaşmalar ukraynalıları məyus etməyəcək".
Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda deyib.
O, Ukrayna prezidenti Volodimir Zelenskinin Vilnüsə sammit üçün gələcəyinə və orada bəlkə də maksimum planlarında gözlədiklərinin hamısını almayacağına, lakin mütləq çox şey əldə edəcəyinə ümid etdiyini bildirib.
"Həmçinin ayrı-ayrı dövlətlər Ukraynaya əlavə dəstək paketləri ilə Vilnüsə gələcəklər", - prezident söyləyib.
Qeyd edək ki, rəsmi Kiyev Vilnüs sammitində ölkənin alyansa üzvlüyü ilə bağlı konkret addımlar gözləyir.