Rusiyanın eks-prezidenti, hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev müharibəni nüvə silahı ilə bitirmək imkanından danışıb.
Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, o, 1945-ci ili yada salıb.
"İstənilən müharibəni tez bir zamanda bitirmək olar. Ya sülh müqaviləsi ilə, ya da amerikalıların 1945-ci ildə nüvə silahlarından istifadə edərək iki Yaponiya şəhərini bombalayanda etdiklərini etməklə", - Medvedev bildirib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.