"Belarusun Polşadakı səfirliyi Tatra dağlarında belarus turistin ölümü ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirməyə çalışır və hadisənin baş vermə şəraitini müəyyənləşdirmək istiqamətində çalışırlar".
Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi BelTA agentliyinə XİN-dən məlumat verilib.
"Diplomatlar bütün lazımi konsulluq xidmətlərini və hüquqi yardımı göstərməyə hazırdırlar", - XİN-dən bildiriblər.
Bundan əvvəl bir sıra KİV-lər Tatra Könüllü Xilasetmə Xidmətinə istinadən Belarusdan olan Dmitri Kravtsovun Polşanın Tatra dağlarında öldüyü barədə məlumat yayıb.