Ermənistan prezidenti Vahaqn Xaçaturyan müdafiə nazirinin birinci müavini, baş qərargah rəisi Edvard Asryana yeni hərbi rütbə verib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Asryan general-leytenant rütbəsinə layiq görülüb.
Bundan əlavə, korpus komandiri Armen Qyozalyan, mühəndis qoşunlarının rəisi Karen Qriqoryan, raket-artilleriya qoşunlarının rəisi Qor Nikoyan və 2-ci ordu korpusunun komandiri Qaregin Poqosyana Xaçaturyanın qərarı ilə general-mayor rütbəsi verilib.